10 milyon dollar verilsə belə, heç kim orada qalmaq istəməyib

Twitter ötən günlərdə maraqlı bir müzakirəyə səhnə olub. Creepy.org adlı bir Twitter istifadəçisi 10 milyon dollara Fransanın paytaxtı Parisin yeraltı məzarlığında qalardınızmı deyə sual edib və istifadəçilərin əksəriyyəti "yox" deyə cavab veriblər.


"İndependent"in xəbərinə görə, paylaşıma şərh yazan bəzi istifadəçilər ölənlərə hörmətsizlik etmək istəmədiklərini bildirsələr də, bu məzarlardakı kəllə və sümük yığınlarından qorxduqlarını bildiriblər. 

Bu yeraltı məzarlıq 18-ci əsrdə Parisdəki məzarlıqlarda yer olmadığı və cəsədlərin xəstəlik yaydığı zaman tikilib.
Fransa kralı XV Lous 1763-cü ildə qəbiristanlıqlardan gələn üfunət iyinə görə paytaxtda  bir daha cəsədlərin dəfn olunmamasını  əmr edib.

Lakin kilsə alternativ tapılana qədər insanları şəhər daxilində dəfn etməyə davam edib. 

1780-ci ildə bu cəsədlərin bəziləri aylarla yağan şiddətli yağışdan sonra qəbiristanlıqlardan çıxarılıb və hətta divar çökəndə də Les Innocents qəbiristanlığındakı cəsədlər bir evə yığılıb.

Bütün bunların nəticəsində epidemiyalar başlayıb və şəhərdə 6 milyon cəsədin yenidən basdırılması planı hazırlanıb.

Bu plan, cəsədləri şəhərdən kənarda tərk edilmiş mədənlərə və tunellərə yerləşdirmək idi. Yazıq işçilər bu işi öz üzərinə götürdülər və yeraltı məzarlıq  belə yaradıldı.

Əvvəlcə tunellərdəki sümüklər və kəllələr nizamsız şəkildə düzülərək qarışıqlıq yaradırdı.

Lakin 19-cu əsrdə yeraltı türbələr üzərində işlərə başlanılmış və türbələr məqbərə kimi düzülmüşdür.


2015-ci ildə ev paylaşma proqramı Airbnb Halloween maraqlı bir cadular bayramı yarışması keçirir.

İki iştirakçı gecəni bu məzarlıqda  keçirməyə razılaşırlar.

Müsabiqənin qalibi olan braziliyalı Pedro Arruda AP-yə müsahibəsində belə deyib:

"Oradakı insanlar sağ olsaydı, daha çox qorxardım".

Turan