İran Türkiyəyə yeni səfir təyin etdiyini açıqlayıb


İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd öz fəaliyyətinin baş çatdığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

Paylaşımda səfir birgə çalışdığı əməkdaşlarına öz təşəkkürünü bildirib və yeni səfir Həbibullahzadəyə uğurlar arzulayıb.

Qeyd edək ki, yeni təyin olunacaq səfir bundan əvvəl İranın Londondakı müvəqqəti işlər vəkili və İran Xarici İşlər Nazirliyində Qərbi Avropa birinci bürosunun rəhbəri vəzifəsində çalışıb. O, Rusiya və İsveçrədə də missiyalar həyata keçirib.