Şahzadə Keytin qidalanma sirri: Daha çox öz əlləri ilə hazırlayır

Möhtəşəm görünüşü ilə  İllər keçdikcə heç dəyişməmiş üç uşaq anası Şahzadə Keyt Middltonun atdığı hər addım və təbii ki, nə yeyib-içdiyi müzakirə mövzusudur.

Sherg.az xəbər verir ki, Britaniya kral ailəsi bütün dünyada insanları özünə cəlb edir. Bir çox insan kral ailəsi haqqında mümkün qədər çox şey öyrənmək istəyir. Buraya hətta onların nə yedikləri və necə məşq etdikləri kimi məlumatlar da daxildir.

Kral ailəsi arasında ən maraqlı ad, şübhəsiz ki, Şahzadə Keyt Middltondur. Hər addımı izlənilən, geyindiyi hər paltar və ya geyindiyi hər aksessuar diqqətlə araşdırılan şahzadə nə yeyib-içir?

"Cosmopolitan" jurnalı 3 uşaq anası 41 yaşındakı Middletonun yemək vərdişlərini açıqladı.

 Şahzadə daha çox evdə hazırlanmış yeməklər yeyir və mətbəxdə bir qədər peşəkar davranır. Ad günü tortunu özü bişirən Şahzadə əri Şahzadə Uilyamın sevimli yeməklərindən olan qızardılmış toyuq ətini də öz əlləri ilə hazırlayır.

Şahzadə Keytin səhərlər smuzi içdiyi yazılıb. Bəs bunun içində  nə var? Onun reseptinə spirulina dəniz yosunu, kələm, matça adlanan incə üyüdülmüş yaşıl çay tozu, ispanaq, kahı, cilantro və qaragilə daxildir.




 
Jurnal həmçinin qeyd edir ki, həm şahzadə Keyt, həm də şahzadə Uilyam suşi yeməyi çox sevirlər.

Şahzadənin pəhrizi ilə bağlı məlumatların yer aldığı siyahı onun ədviyyatlı yeməklərdən xoşlandığını, lakin badam südünün həvəskarı olmadığını göstərir.

Turan