Lukaşenko Putinə qarşı üsyana qalxan "Vaqner"dən  xahiş edib

Belarus prezidenti Aleksandr Lukaşenko  Rusiyada üsyana  qalxan muzdlu "Vaqner" əsgərlərindən Belarus ordusuna təlim keçməyi xahiş edib. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko bu dəvəti Belarusun Müstəqillik Günü münasibətilə etdiyi çıxışında deyib.

“Təəssüf ki, “Vaqner” əsgərləri burada deyil. Əvvəlcə  dediyim kimi, onların təlimatçıları gəlib bizə döyüş təcrübəsi keçsə, biz həmin təcrübəni qəbul edəcəyik” - deyə Lukaşenko bildirib.

Lukaşenkonun dəvəti Belarus liderinin "Vaqner" qüvvələrinin Moskvaya qarşı silahlı üsyanını yatırtmaq tapşırığından cəmi bir həftə sonra gəlib.

Lukaşenko çıxışında bildirib ki, “Vaqner Qrupu” üzvlərindən qorxmur, çünki onları “çoxdan tanıyır”.

"Bunlar bütün dünyada normal sivilizasiya qurmaq üçün mübarizə aparan insanlardır. Qərb onlara iliyinə qədər nifrət edir", - Lukaşenko bildirib.


Belarus prezidenti həmçinin “bəşər tarixində görünməmiş dünya miqyaslı hərbi-siyasi böhranın yaxınlaşdığı” barədə xəbərdarlıq edib və Qərbi bu böhranın həlli üçün dialoq yaratmadığına  görə tənqid edib.

Turan