Makron İğtişaşlara qarşı mübarizə üzrə müşavirə keçirir

Fransa Prezidenti Emmanuel Makron ölkədə iğtişaşlara qarşı mübarizə üzrə Yelisey sarayında müşavirə keçirir.

APA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

İclasda Fransa hökumətinin üzvləri, o cümlədən Baş nazir Elizabet Born, daxili işlər naziri Jerald Derman və ədliyyə naziri Erik Dyupont-Moretti iştirak edirlər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də polisin 17 yaşlı sürücünü öldürməsindən sonra başlayıb.

Əlcəzair əsilli fransız yeniyetməni güllələyən polis saxlanılıb.