Ukraynanın hücum taktikası açıqlandı: nə etmək istəyirlər?

Kiyev Qərb tərəfdaşlarının əks-hücumun sürətini tənqid etməsindən narazılığını açıq şəkildə bildirir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Ukraynaya qeyri-rəsmi və gizli səfəri barədə qeyd edib.

Nəşrin mənbəsi iddia edib ki, Börnsün səfəri bir müddət öncə baş tutub və o, Ukrayna lideri Zelenski və kəşfiyyatın rəhbərliyi ilə görüşüb.

Səfərin məqsədi Co Bayden administrasiyasının Ukraynaya özünü müdafiə etmək üçün kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini bir daha təsdiqləmək olub.

Bildirililib ki, Ukrayna rəhbərliyi Börnslə şəxsi söhbətlərdə payıza qədər əhəmiyyətli əraziləri qaytaracaqlarına əminliklərini ifadə ediblər.

Ukraynanın planı isə belədir: artilleriya və raket sistemlərini Krımla sərhəd xəttinə keçirmək, Şərqi Ukraynanı qaytarmaq, daha sonra isə Moskva ilə danışıqlara başlamaq.

Nəşrin mənbəsinin sözlərinə görə, Kiyev Krımı güc yolu ilə almaq planlarından imtina edə və bunun müqabilində Moskvadan Qərbin Ukraynaya verməyə hazır olduğu istənilən təhlükəsizlik zəmanətini qəbul etməyi tələb edə bilər.