Makron: “Hökumət polisin və jandarmın tərəfində olacaq”

Fransa Prezidenti asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib

Fransa Prezidenti Emmanuel Makron hökumət üzvlərinə ölkədə asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Yelisey sarayında iğtişaşların aradan qaldırılması üzrə operativ qərargahın iclası zamanı dövlət başçısı Fransada baş verənləri anlamaq üçün uzunmüddətli işə başlamağı tələb edib.

“Hökumət polisin və jandarmın tərəfində olacaq”, - dövlət başçısı deyib.