Atatürkün heykəlinin üzərinə çıxan suriyalı saxlanılıb

Şanlıurfa valiliyi Atatürkün heykəlinin üzərinə çıxmaqda şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

 “TRT Haber” xəbər verir ki, valiliyin yazılı açıqlamasında, bəzi sosial media hesablarında “Suriyalı gəncdən həddini aşan hərəkət: Ataya hörmətsizlik” başlıqlı yazıların olduğu qeyd edilib. Bildirilib ki, təhlükəsizlik qüvvələri Suriya əsilli M.E.-ni hadisə ilə bağlı şübhəli qismində nəzarətə alıb, lazımi prosedurların aparılması üçün Uşaq Şöbə Müdirliyinə təhvil verib. Məsələ yaxından və həssaslıqla izlənilir. Vilayətdə bu və buna bənzər təxribat xarakterli hərəkətlərə qətiyyən yol verilməyəcək.