Müsəlmanlar hədəfdə: Makronun ksenofobiya siyasəti

Fransada gec-tez haqq-ədalət öz yerini tutacaq

Makronun müsəlmanlara qarşı nifrəti pik həddə çatıb

  "İşğalçı Ermənistanı dəstəkləyən Fransa Azərbaycana qarşı açıq düşmənçilik edir". Bu sözləri millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, Fransa Prezidenti E.Makronun müsəlmanlara qarşı nifrəti pik həddə çatıb
"Dövlət rəhbəri irqi ayrı-seçkilik, ksenofobiya siyasətindən uzaq olaraq bütün vətəndaşların hüquqlarının müdafiəçisi olmalıdır. Amma Makronun apardığı islamafob siyasətin nəticəsidir ki, Fransada irqi və dini ayrı-seçkiliyə görə günahsız insanlar qətlə yetirilir, işgəncələrə məruz qalırlar. Fransa xalqı Makrona qarşı ayağa qalxıb və onun yarıtmaz siyasətinə qarşı kütləvi aksiyalar keçirir. Makron isə insanların qarşısına çıxaraq özünün yarıtmaz siyasətinə görə xalqdan üzr istəmək əvəzinə insanların etiraz aksiyalarına qoşulmasının səbəbini internetdə, sosial şəbəkələrdə görür. Ölkədə senzuranı tətbiq etmək istəyir. Makronun məntiqi həm gülməli, həm də ağlamalıdır. Bəs ağızdolusu danışdığınız "insan haqları və söz azadlığı" hara getdi müsyö Makron?! Əlbəttə, gec-tez haqq-ədalət öz yerini tutacaq".