Xəstələrindən bıçaq pulu istəyən həkim həbs edilib

İstanbulda xəstələrindən bıçaq pulu adı ilə rüşfət istədiyi iddiası ilə saxlanılan həkim B.E.  məhkəmənin qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları  Mərmərə Təhsil və Araşdırma xəstəxanasında çalışan həkim B.E.-nin xəstələrin yaxınlarından bıçaq pulu adı ilə pul istəməsi ilə bağlı şikayətlərdən sonra araşdırmaya başlayıb.

Xəstəxanada saxlanılan B.E.-nin otağında aparılan axtarışlar zamanı 275 min lirə ilə aldığı pulu bir-bir qeyd etdiyi məlum olub.

B.E-nin iş otağında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkarlanıb.

B.E. polis bölməsindəki əməliyyatların ardından Anadolu Ədliyyəsinə sövq edilib.