Van Qoqun 2020-ci ilin martında Hollandiyadakı bir muzeydən oğurlanmış 1884-cü il tarixli tablosu 3,5 il sonra tapılıb.
BBC-nin məlumatına görə, 139 yaşlı rəsm təxminən 3,5 ildən sonra holland detektiv Artur Branda təhvil verilib. Brand Van Qoq tablosunun ona yastıq qabına bükülmüş çantada adının açıqlanmayan bir şəxs tərəfindən verildiyini bildirib.
Rəsmi polislə razılaşdıraraq geri götürdüyünü izah edən Brand, tablonu verən şəxsin oğurluqla əlaqəsinin olmadığının məlum olduğunu bildirib. Brend qeyd edib ki, cinayət təşkilatları arasında yayılan və polis tərəfindən axtarışda olan tablo ona “şəxsiyyətinin məxfi qalması şərti ilə” bir şəxs tərəfindən gətirilib.
Sözügedən tablonu oğurlayan fransız oğru Nils M hadisə yerində DNT-si ilə müəyyən edilib.
Oğru 2021-ci ildə 8 il həbs cəzasına məhkum edilib, Van Qoqun milyonlarla avro dəyərində olan tablosunu tapmaq mümkün olmayıb. Onun "Nuenendə Parsonage Garden" adlı rəsm əsəri 2020-ci ilin mart ayında Amsterdamın Laren şəhərindəki muzeydən oğurlanıb.
Oğurluq Covid-19 epidemiyasının başladığı 2020-ci ildə komendant saatı dövründə Singer Laren Muzeyinin şüşə divarlarının sındırılması nəticəsində baş verib.