Gürcüstanda növbəti zəlzələ: bu dəfə sərhədimizdə...

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

Axar.az xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tiflis yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

***

Gürcüstanda növbəti zəlzələ baş verib.

Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşən Laqodexidə qeydə alınan yeraltı təkanlar 3 bal gücündə olub.