Ağzında meyitlə küçələri dolaşdı! Qatil timsah həyəcanı

ABŞ-ın Florida ştatının Pinellas qraflığında ağzında cəsəd olan timsah su kanalından keçərkən görüntülənib. Yerli sakinlərdən biri vəziyyəti dərhal səlahiyyətlilərə çatdırıb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, əraziyə gələn qruplar sudan çıxardıqları timsahı evtanaziya edib. Qan içində görünən timsah avtomobilə mindirilib. Cəsəd daha sonra sudan çıxarılıb. Hələlik şəxsiyyəti məlum olmayan şəxsin timsah hücumu nəticəsində öldüyü məlum olmasa da, hadisənin səbəbinin müəyyən edilməsi üçün yarılma aparılacağı öyrənilib.