Fransa Nigerdən səfirini geri çağırdı

Fransa səfir və diplomatlarını Nigerdən geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron bildirib ki, diplomatlar yaxın saatlarda Parisə qayıdacaq.

Qeyd edək ki, bir müddətdir ki, iki ölkə arasında gərgin diplomatik münasibətlər hökm sürməkdədir.