Gənc aktyor yataq otağında ölü tapıldı!

"CSI: Mayami" filmində David Karuso, "24" filmində Kifer Sazerlend və "Bacımın gözətçisi" filmində Kameron Diazla birgə işlərinə görə tanınan keçmiş uşaq aktyoru Evan Ellinqson 35 yaşında vəfat edib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, məşhur ad Kaliforniyanın San Bernardino qraflığının Fontana şəhərində qaldığı "ayıq yaşayış" obyektinin yataq otağında ölü tapılıb. 


 Atası Maykl aktyorun ölümünü təsdiqləyib. O, oğlunun narkotiklə mübarizə apardığını, lakin son illərdə vəziyyətinin yaxşılaşdığını və sağaldığını əlavə edib.

Koroner idarəsinin məlumatına görə, heç bir əlamət, zorakılıqyoxdur və ölümün səbəbi hələlik açıqlanmayıb.

Cənubi Kaliforniyanın La Vern şəhərində anadan olan aktyor şok ölümündən əvvəl Hollivudda işləməyə uzun müddət ara vermişdi.