Filippində 7,5 bal gücündə zəlzələ: sunami təhlükəsi..

Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 10,6 min nəfər əhalisi olan Taqbina bələdiyyəsindən 19 kilometr şimal-şərqdə yerləşib.

ABŞ Sunami Xəbərdarlığı Sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.