ABŞ hüquq-mühafizə orqanlarının istifadə etdiyi TETRA xüsusi rabitə sisteminin modernləşdirilməsi və genişləndirilməsi üçün Moldovaya 22 milyon dollar ayırıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“ABŞ hökuməti Moldova Respublikasına TETRA xüsusi rabitə şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üçün 22,3 milyon dollar ayırıb. Bu layihə Moldova ərazisində hüquq-mühafizə orqanlarının və fövqəladə hallar xidmətlərinin kommunikasiya imkanlarını genişləndirəcək, onları bütün ölkə boyu effektiv, etibarlı və təhlükəsiz rabitə vasitələri ilə təmin edəcək”, –ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bildirib.