Polşa xüsusi xidmət orqanlarının rəhbərləri yeniləri ilə əvəz edilib


Polşa xüsusi xidmət orqanlarının rəhbərləri yeniləri ilə əvəz edilib.
APA xəbər verir ki, bu barədə Polşanın yeni Baş naziri Donald Tusk “X” platformasında yazıb.
Polşa hökumətinin başçısı həmçinin, qeyd edib ki, ölkənin Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu daxil olmaqla, xüsusi xidmət orqanlarının rəhbərlərinin istefasını təsdiqləyib və yenilərini təyin edib.