Ruslar 19 “Şahid”lə Ukraynaya hücuma keçdi

Rusiya ordusu bu gecə Ukrayna ərazisinə 19 “Şahid” PUA-sı ilə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücumun istiqaməti Odessa, Xerson, Dnepropetrovsk vilayətləri olub.
Ukrayna ordusu Rusiyaya məxsus 18 PUA-nı məhv edib.