BMT İranla bağlı bu qətnaməni qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dekabrın 19-da İran hökuməti tərəfindən insan haqlarının geniş şəkildə pozulmasını pisləyən qətnaməni qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf olmaqla təsdiqlənib.
Qətnamədə İranda dini azlıqların hüquqlarının geniş şəkildə pozulmasından narahatlıq ifadə olunub.
Bununla yanaşı, ölkədə qadınlara qarşı sistemli ayrı-seçkilik siyasəti pislənilib, bunun dayandırılması, qeyri-insani və ləyaqəti alçaldan işgəncə və cəzalara, müxaliflərin sistematik repressiyalarına, əsassız həbslərinə son qoyulması, həbsxanalardakı dözülməz şəraitin aradan qaldırılması tələb edilib.
Xatırladaq ki, İranda insan haqlarının pozulması ilə bağlı qətnamə noyabrın 15-də Kanada tərəfindən təklif edilmişdi.