Versal sarayı bomba təhlükəsindən sonra boşaldılıb

Bu gün səhər saatlarında Paris yaxınlığındakı Versal sarayının ziyarətçiləri "təhlükəsizlik səbəbi ilə" təxliyə ediliblər.
APA xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabında məlumat verilib.
"Lefigaro" nəşri isə polis mənbəsinə istinadən bildirib ki, 2000-ə yaxın insan "bomba təhlükəsi" səbəbindən ərazini tərk etməli olub.
Oktyabrın ortalarından bəri saray bir sıra zərərli hərəkətlər və saxta bomba təhdidləri ilə hədəfə alınıb. Son səkkiz gün ərzində saray yeddi saxta həyəcan siqnalının hədəfi olub.