NATO Baş katibinin xüsusi nümayəndəsi Tbilisidə Darçiaşvili ilə görüşüb

Tbilisidə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.
Bildirilib ki, tərəflər siyasi və praktiki əməkdaşlığın prioritet məsələləri, həmçinin regionda yaranmış təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Qeyd olunub ki, Xavier Kolomina NATO-nun Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib.