Ərdoğandan Sisiyə: Səylər davam etdirilməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla misirli həmkarı Əbdülfəttah Sisi arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların çatdırılması və ikitərəfli münasibətlər müzakirə olunub.

Prezident Ərdoğan islam ölkələrinin birlik içində İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzulayan Ərdoğan yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu bildirib.