Blinken: "Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib"

Amerika Birləşmiş Ştatlarının Ukraynaya hərbi yardım göndərmək üçün vaxtı da pulu da bitib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Bizim Kiyevi dəstəkləmək üçün ayrılan pulumuz demək olar ki, tükənib və vaxtımız da yoxdur”, - deyə o bildirib.

Blinken ABŞ Konqresindən Ukraynaya yeni yardımların ayrılması məsələsinə tez bir zamanda baxılmasını tələb edib.