KTMT Baş katibi Ermənistana səfər edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, KTMT rəhbərinin İrəvana səfərinin məqsədi Təşkilatın Minskdə keçirilən Sammitinin yekunlarını müzakirə etməkdir. Sammit çərçivəsində sənədlər paketi qəbul edilib və erməni nümayəndə heyətinin iclasda iştirak etməməsi səbəbindən həmin sənədlərdə Ermənistanın imzası yoxdur.
KTMT Baş katibinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub.