Ukraynalı pilotlar Fransada təlim keçəcək

Ukraynalı pilotlar ilkin təlimi Fransada keçəcək.

APA xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Növbəti mərhələdə isə pilotlar başqa Avropa ölkələrinə göndəriləcək. Bunun səbəbi Fransanın arsenalında F-16 təyyarələrinin olmamasıdır.