Çində zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatdı

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, 113 nəfər şimal-qərbdəki Qansu əyalətində, 31 nəfər qonşu Sinxay əyalətində ölüb, 3 nəfər isə hələ də itkindir.
Qeyd edək ki, dekabrın 18-də Çinin Qansu əyalətdə 6,1 bal gücündə zəlzələ baş verib.