BMT Baş katibi: Dünya daha bir pandemiyaya hazır deyil

"Dünya mümkün daha bir pandemiyaya hazır deyil".
APA DPA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Epidemiyaya Beynəlxalq Hazırlıq Günü (27 dekabr) ilə bağlı bəyanatında deyib.
COVID19 pandemiyasını xatırladan BMT Baş katibi bildirib: "Zəngin ölkələrin pandemiyaya qarşı tibbi ləvazimatlar yığması və onlara nəzarət etməsi səbəbindən meydana gələn əxlaqi və tibbi fəlakətdən imtina etməli və hər kəsin diaqnostika, müalicə və peyvəndlərə çıxışını təmin etməliyik".