Oskar mükafatlı "Parazit" filminin aktyoru ölü tapılıb

Oskar mükafatlı "Parazit" filminin ulduzu Cənubi Koreya aktyoru Li Sun-kyun ölü tapılıb.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
48 yaşlı aktyorun cəsədi Seuldakı parkda avtomobildə tapılıb.

Məlumata görə, aktyorun evində intihara dair qeyd aşkar edilib, lakin onun məzmunu hələ açıqlanmayıb.