Rusiyanın Qara dəniz donanmasının 20%-i məhv edilib

Rusiyanın Qara dəniz donanmasının 20%-i məhv edilib.
APA xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsilik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.
“Əlbəttə, biz ərazilərimizin azad edilməsi üçün daha əlverişli şəraitə üstünlük verərdik. Lakin bütün bu səylərə parallel olaraq Qara dənizdə Rusiya Federasiyasının donanmasının 20%-nin itirilməsi ilə nəticələnən vacib hadisələr baş verir”, - Danilov deyib.
Xatırladaq ki, Ukrayna ötən gün Krımın Feodosia limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.