Blinken Yaxın Şərqə yenə səfər edəcək

ABŞ Dövlət katibi Entoni Blinken 2024-cü ilin ilk həftəsində Yaxın Şərq turnesinə çıxacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Entoni Blinken gələn həftənin sonunda İordan çayının qərb sahilinə, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi planlaşdırır.

Blinkenin Yaxın Şərqə səfəri çərçivəsində Qəzza zolağındakı münaqişənin həllini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bu, Blinkenin oktyabrın 7-dən indiyə qədər İsrailə beşinci səfəri olacaq.