Almaniya Rusiyanın 4,1 milyardlıq aktivlərini dondurdu

Dekabrın əvvəlindən etibarən Almaniya Avropa Birliyinin sanksiyalar rejimi çərçivəsində 4,1 milyard avro dəyərində Rusiya aktivlərini dondurub.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Almaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, buraya sanksiyalara məruz qalan bütün aktivlər, dondurulmuş pullar, fiziki şəxslərin iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri daxildir.