Yanvarın 1-də dünya əhalisi 8 milyarda çatacaq

 ABŞ Siyahıyaalma Bürosunun dünən açıqladığı məlumatlara görə, dünya əhalisi keçən il 75 milyon nəfər artıb və yeni ilin başlaması ilə ümumilikdə 8 milyardı keçəcək.
“Sherg.az” xəbər verir ki, Siyahıyaalma Bürosunun təqdim etdiyi statistik məlumatlarda 2023-cü ildə artımın 1 faiz olacağı bildirilib və 2024-cü ildə dünya üzrə saniyədə 4,3 doğum və 2 ölüm gözlənildiyi proqnozlaşdırılır.