Zaporojyedə partlayış olub, bütün Ukraynada hava xəbərdarlığı işə düşüb

Ukraynanın Zaporojye vilayətində partlayış olub.
“Report” xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb.
Bildirilib ki, bütün ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb. Partlayışın səbəbi və nəticələri hələ ki məlum deyil.
Qeyd edək ki, dekabrın 29-da bütün Ukraynada kütləvi raket hücumu həyata keçirilmişdi.