Putin Ərdoğanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Təbrikdə bildirilib ki, son zamanlar Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün çox işlər görülüb. Birgə səylər nəticəsində ölkələr ardıcıl olaraq iri enerji və infrastruktur layihələrini həyata keçirib, regional münaqişələrin həllinə töhfə verib:
“Gələn il Moskva və Ankara Avrasiya qitəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqları, dost xalqların mənafeyi naminə müxtəlif sahələrdə ikitərəfli siyasi dialoq və məhsuldar əməkdaşlığı davam etdirəcəklər”.