Ermənistan SQ Baş Qərargah rəisinin sabiq müavini həbsdən azad edilib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalstyan 25 milyon dram (təxminən 62 min dollar) girov müqabilində həbsdən azad edilib.
APA xəbər verir ki, bu barədə onun vəkili Andranik Manukyan bildirib.
Vəkil qeyd edib ki, girovun məbləği məhkəmə tərəfindən müəyyən edilib.
Manukyanın sözlərinə görə, istintaq çərçivəsində bütün tədbirlər davam etdirilir.
Xatırladaq ki, 2021-ci ilin oktyabr ayında Qalstyan istintaqa cəlb edilib, evində axtarış aparılıb.
Onun keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirildiyi bildirilib.