Putinin tapşırığı: nazir təcili Belqoroda getdi

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə təcili olaraq Belqoroda yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, onunla birgə xilasedicilərin böyük qrupu da gedib.

Xatırladaq ki, Ukrayna ordusu Belqorodun mərkəzinə raket zərbəsi endirib, nəticədə 14 nəfər ölüb, 108 nəfər yaralanıb.