Suriyada yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

AZƏRTAC RİA Novosti-yə istinadla məlumat verir ki, bazaya ondan çox raket atılıb.

Məlumatda qeyd edilir ki, bazanın ərazisində bir neçə partlayış baş verib.