Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib

Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı Rumıniya və Bolqarıstan üçün “qismən Şengen”i təsdiqləyib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurası 2024-cü ilin martından etibarən Şengen ölkələri, Rumıniya və Bolqarıstan arasında pasport nəzarətinin ləğvi ilə bağlı rəsmi qərar qəbul edib.

Sənəddə deyilir ki, Aİ Şurası Şengen zonasını Bolqarıstan və Rumıniya hesabına bir qədər də genişləndirmək qərarına gəlib.

Bildirilir ki, yenilik yalnız hava və dəniz nəqliyyatında tətbiq olunacaq, quru keçid məntəqələrində qalacaq. Bu iki ölkə üçün “qismən Şengen”in tətbiqinin Avropa İttifaqı tarixində ilk presedent olduğu vurğulanır.