Seçiləcəyi təqdirdə Trampı əfv edəcəyinə söz verib


ABŞ prezidentliyinə Respublikaçı Partiyasından namizəd, Florida ştatının qubernatoru Ron DeSantis dövlət başçısı postuna seçiləcəyi təqdirdə rəqibi Donald Trampı əfv edəcəyinə vəd edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı onun sözlərindən sitat gətirib.

“Düşünürəm ki, biz bir ölkə kimi irəliləməliyik və siz Fordun Niksonla nə etdiyini bilirsiniz, çünki fikir ayrılığı sadəcə olaraq ölkənin maraqlarına uyğun deyil”, – siyasətçi deyib.

O, Donald Trampı əfv etmək niyyətini “bir neçə ay əvvəl” bəyan etdiyini vurğulayıb. NBC müxbirləri ilə söhbətində o, bu məlumatı təsdiqləyib.