Sabah Kiyevdə matəm günü elan edilib

Yanvarın 1-i Kiyevdə matəm günüdür.

APA xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.

"Dekabrın 29-da paytaxta edilən hücum dinc sakinlər arasında itkilərin sayına görə çox olub. 18 nəfər həlak olub. Bu indiyədək hücum zamanı ən çox ölüm halıdır. Xilasedicilər axtarışlar aparır", - Kliçko qeyd edib.