Braziliya OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub.

Braziliya OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub.
APA-nın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Ölkənin hakimiyyət orqanları hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək fikrində olmadığını deyib.
Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkə OPEC+-da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq.
Hazırda alyansa 23 ölkə, o cümlədən ən böyük istehsalçılar - Rusiya və Səudiyyə Ərəbistanı daxildir.
OPEC+-nın əsas məqsədi üzv ölkələrin maraqlarını qorumaqdır. Bu ölkələrin büdcələri daha çox neft hasilatı və ixracı hesabına formalaşdığından təşkilat üçün əsas məsələ dünya neft bazarında qiymətlərə nəzarət olub.