KTMT-yə sədrlik Qazaxıstana keçib

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Belarusdan Qazaxıstana keçib.

"Sherg.az"ın xəbərinə görə, keçən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlayıb.

Bu prioritetlər sırasına beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.