İskəndərin tac taxdığı qədim saray ziyarətçilərin üzünə açılır

Qədim Makedoniya Krallığının tanınmış hökmdarı Makedoniyalı İskəndərin tac qoyduğu sarayın qalıqları 16 illik bərpadan sonra dünən yenidən açılıb.

"Sherg.az" xəbər verir ki,  qədim qalıqların  yerləşdiyi yerin sabah ictimaiyyətə açılması planlaşdırılır.

Qeyd edək ki,  Yunanıstanın Saloniki şəhəri yaxınlığında yerləşən, İskəndərin atası II Filippin sarayı kimi də tanınan saray  eramızdan əvvəl 4-cü əsrdə tikilib və tarixin məşhur hökmdarlarından Makedoniyalı İskəndər burada kral tacını taxıb.