Paşinyan öz xaç oğlunu qubernator təyin etdi


Ermənistanın baş naziri Nikol Paşinyan xaç oğlu David Xudatyanı Armavir vilayətinin qubernatoru təyin edib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə vilayətin əvvəlki qubernatoru Eduard Ovannisyan işdən çıxarılıb.

Qeyd olunub ki, Ovannisyanın işdən çıxarılması Paşinyanın ərazidəki məktəbə ziyarətindən sonra baş verib. Belə ki, Paşinyan idman zalının təmirdəki çatışmazlıqlardan narazı qalıb.

Qeyd edək ki, Paşinyanın xaç oğlunu qubernator təyin etmək istəyi bir neçə gün əvvəl erməni KİV-də işıqlandırılıb.