Amazon meşəsində maraqlı kəşf: Nəhəng qədim şəhər

 Ekvadorun şərqindəki Upano bölgəsində Amazon meşəsində nəhəng qədim şəhər aşkar edilib.
"Sherg.az" xəbər verir ki, tapılan qədim şəhərin zəngin torpaqda, həm də cəmiyyətin məhvinə səbəb ola biləcək bir vulkanın kölgəsində yerləşdiyini qeyd edən alimlər, evlərin və meydanların bir-birinə “təəccüblü” yollar və kanallarla bağlandığını bildiriblər.  Arxeoloqlar qədim şəhərin 2500 il əvvəl yarandığını və insanların min ilə yaxın yaşadığını düşünürlər. Qədim şəhərdə neçə nəfərin yaşadığı məlum olmasa da, elm adamları orada 10 min insanın yaşamış ola biləcəyini ehtimal edir.
Fransa Milli Elm Araşdırma Mərkəzindən prof. Dr. Stiven Rostain "Bura Amazonda bildiyimiz hər hansı  antik yerlərdən daha qədimdir. Bizim sivilizasiyaya Avropa  baxışımız var, lakin qədim şəhərin kəşfi bizə sivilizasiyaya və mədəniyyətə baxışımızın dəyişməli olduğunu göstərir. Bu kəşf Amazon mədəniyyətinə baxışımızı dəyişdi. Çox sayda insan kiçik qruplar halında, çox güman ki, çılpaq halda ovçu və toplayıcı kimi təsvir edilirdi, lakin bu kəşf insanların mürəkkəb şəhər həyatı yaşadıqlarını göstərir” dedi.

Qeyd edək ki, arxeoloqlar işlərini 300 kvadrat kilometr ərazini qazmağa, eləcə də sıx bitki örtüyü və ağacların altındakı qalıqları müəyyən etməyə imkan verən hava lazer texnologiyasından istifadə edərək həyata keçiriblər.