Müharibə sağlam düşüncəyə ziddir - Putin

Qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir, belə bir münaqişə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Analitik olmağa ehtiyac yoxdur: qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir. Qlobal müharibə bütün bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq. Bu, aydındır”, - o bildirib.