Makron, Borrel, Blinken Ukraynanın tərk edir…

Qərb ölkələri Ukraynanın döyüş meydanındakı uğursuzluqlarını gördükdən sonra onu tərk edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA-ya müsahibəsində deyib.

“Makron, Borrell, Blinken və bu dəhşətli münaqişəni təhrik edən, Ukraynanı və Ukrayna xalqını onun içinə sürükləyən, onlara “parlaq demokratik gələcək” vəd edən hər kəs indi Ukraynanı tərk edir”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna xalqını və Ukraynanın suverenliyini qorumayacaq:

“Ancaq bu ölkədən öz maliyyə maraqları üçün istifadə etməkdə və Rusiyaya qarşı müharibə aparmaqda davam edəcəklər”.