Roma Papası qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusun ayağını yuyub.
Sherg.az xəbər verir ki, Papa Fransisk Pasxa bayramından əvvəl “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasına gedərək orada 12 qadın məhbusun ayaqlarını yuyub öpüb.

Hz. İsanın çarmıxa çəkilməsindən bir gün əvvəl məhəbbətini göstərmək üçün 12 qadının ayaqlarını yuması ilə başlayan Pasxa mərasimini davam etdirən Papa Fransisk əvvəlki papalardan fərqli olaraq keşişlərin yerinə ehtiyacı olanların və ya məhbusların ayaqlarını yumağa üstünlük verir.