Tacikistanda Moskva hücumu ilə əlaqəsi olan 9 nəfər saxlanılıb

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı ilə əlaqəsi olduğu güman edilən 9 nəfəri saxlayıb.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi Rusiyanın paytaxtı Moskvada 143 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə əlaqəsi olduğu güman edilən 9 nəfəri saxlayıb.
Sherg.az xəbər verir ki, Rusiya tərəfindən ələ keçirilən hücumçuların Tacikistan vətəndaşları və İŞİD üzvləri olduğu müəyyən edilib. Rusiya tərəfindən verilən açıqlamada hücum edənlərin "Ukrayna millətçiləri" olduğu iddia olunub.

Martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib.

Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görünüb.

Terror aktında həyatını itirənlərin sayı son olaraq 143 olaraq yenilənib.

Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini açıqlayıb. Dünən Rusiya Fövqəladə Hallar Nazirliyi zalda işlərin dayandırıldığını açıqlayıb.